14 C
Baku
Wednesday, May 15, 2024

Azərbaycanda dəmir yolları ilə sərnişindaşıma 52 % artıb

Bu ilin ilk 6 ayı ərzində Azərbaycan dəmir yolları ilə 3 milyon 230 min 728 nəfər sərnişin daşınıb.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Məlumata görə, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 52 % artım deməkdir.

Belə ki, Abşeron dairəvi dəmir yolu xətti üzrə 6 ay ərzində 3 milyon 075 min 520 nəfər sərnişin daşınıb, bu, ötən ilin eyni dövrü ilə müqayisədə isə 47 % çoxdur.

Bölgələr üzrə sərnişindaşımada bu ilin əvvəlindən Bakı-Gəncə (Ağstafa)-Bakı marşrutu üzrə 125 min 772 nəfər sərnişin səyahət edib. Bu ilin mart ayının 18-dən etibarən ilk dəfə fəaliyyətə başlayan Bakı-Qəbələ-Bakı marşrutu üzrə isə 9 min 704 nəfər sərnişin daşınıb.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər