6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda dəmir yolları ilə sərnişindaşımalar 32% artıb

Bu ilin yanvar-oktyarb aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 12,5 mln. ton yük daşınıb ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 9,1% çoxdur.

Ötən dövr ölkədə dəmir yolu nəqliyyatı ilə 3 mln. sərnişin daşınıb, bu da 32,2% artım deməkdir.

Məlumata əsasən, orta hesabla yanvar-oktyabrda sutkada 298 vaqon yüklənib, 431 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 11,8 min ton, Qərb istiqaməti üzrə 4,3 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.

©APA-Economics

 
Son xəbərlər
Digər xəbərlər