Azərbaycanda dəmir yolu ilə yükdaşımaların artımı gözlənilir

İlin sonunadək Azərbaycanda dəmir yolu nəqliyyatı ilə yükdaşımaların həcminin 18.5 milyon tona çatacağı gözlənilir.

Bunu bu gün jurnalistlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov deyib.

Onun sözlərinə görə, 2021-ci ildə bu rəqəm 15 milyon ton, 2022-ci ilin 11 ayı ərzində isə 17 milyon ton təşkil edib.

“Həm Şimal-Cənub, həm də Şərq-Qərb istiqamətlərində tranzit daşımalarda da əhəmiyyətli artım müşahidə olunur”, – deyə o əlavə edib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər