Azərbaycanda dəniz nəqliyyatı ilə 2020-ci ilin yanvar-oktyabr aylarında daşınmış yüklərin həcmi 4936,5 min ton təşkil edib. Belə ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 0,9 faiz artıb.
Banker.az Dövlət Statistika Komitəsini aylıq hesabatına istinadən xəbər verir ki, yüklərin 33,4 faizini neft yükləri təşkil edib.
Məlumata görə, dəniz limanları tərəfindən 7212,1 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 6767,4 min tonunu və ya 93,8 faizini tranzit yüklər təşkil edib.
2020-ci il noyabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi isə 199,3 min ton olub.
Həmçinin dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2019-cu ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artaraq 18,4 min nəfər olub.