“Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması həyata keçiriləcək”.
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya və Aqrar siyasət komitələrinin birgə təşkilatçılığı ilə keçirilən “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda dinləmədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib.
Sədr bildirib ki, 10 xarici şirkət bununla bağlı artıq təklif verib:
“Texniki su istifadə ediləndə insanla təmas etməməlidir. Virusu tapmaq o qədər də asan deyil. Biz texniki suyu bakterioloji təmizləyə bilərik. Texniki sudan yalnız sənayedə və dekorativ yaşıllaşdırmada istifadə edə bilərik”.