4 C
Baku
Tuesday, February 25, 2025

Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılmasına başlanılıb

Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması texnologiyasının tətbiqinə start verilib.

Bunu Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədrinin müşaviri Aydın Abbasov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu texnologiyanın tətbiqi ölkədə su ehtiyatlarının səmərəli idarə olunmasına və alternativ su mənbələrindən istifadənin genişləndirilməsinə xidmət edəcək: “Layihə çərçivəsində duzsuzlaşdırılmış suyun həm sənaye müəssisələri, həm də əhali üçün məişət məqsədilə istifadəsi nəzərdə tutulur. Bu təşəbbüs su qıtlığı ilə bağlı problemlərin aradan qaldırılmasına və su ehtiyatlarının dayanıqlılığının artırılmasına töhfə verəcək”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər