18 C
Baku
Friday, November 22, 2024

Azərbaycanda dərman istehsalı 60%-ə yaxın artıb

2024-cü ilin yanvar-fevral ayında əczaçılıq məhsullarının istehsalı sahəsində 3.109 min manatlıq məhsul istehsal edilib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı hesabata istinadən xəbər verir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı hesabat dövründə 59% artıb.

Qeyd edək ki, kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 347.1 milyon manatlıq məhsul istehsal edilmiş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 51 faiz artıb.

Son xəbərlər
Digər xəbərlər