10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda dərman qıtlığı var?

“Bu gün nəticəsi pozitiv olan əməkdaşlar SMS vasitəsilə icazə alıb çölə çıxa bilmirlər. Çünki yeni yaradılan sistem buna imkan vermir”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, kimsə xəstədirsə, test verməyibsə və nəticəsini bilmirsə məsuliyyət hiss edib özünü izolyasiya etsin: “Çünki biz həmin insanlarla bağlı nəsə deyə bilmirik”.

Y.Qarayeva onu da qeyd edib ki, apteklərdə dərman qıtlığı ilə bağlı TƏBİB hər hansı səlahiyyətə malik deyil: “Biz üçün önəmli olan xəstəxanalardakı xəstələrin dərman təminatının yüksək səviyyədə təşkilidir”.

Son xəbərlər
Digər xəbərlər