11 C
Baku
Sunday, May 19, 2024

Azərbaycanda dərmanların qeydiyyatı ilə bağlı yeni sənəd hökumətə təqdim olunub

Azərbaycanda əczaçılıq sektorunun dayanıqlı inkişafının təmin edilməsi məqsədilə hazırlanan sənədlər toplusu hökumətə təqdim olunub.

Bunu səhiyyə naziri Teymur Musayev Səhiyyə Nazirliyinin hesabat iclasında deyib.

Nazir bildirib ki, Azərbaycanda əczaçılıq sektorunun dayanıqlı inkişafının təmin edilməsi Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə yaradılan Komissiyanın katibliyi Səhiyyə Nazirliyinə tapşırılıb: “Sərəncamda qeyd olunan tapşırıqların icrası məqsədilə dərman vasitələrinin qeydiyyatı prosesi, sektorun rəqəmsallaşdırılması üzrə beynəlxalq təcrübə araşdırılaraq hazırlanmış sənəd toplusu aidiyyəti qurumlarla razılaşdırılaraq təsdiq üçün təqdim olunub”.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər