-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda dəyəri 100 milyon manatdan çox olan əmlakın üzərinə həbs qoyulub

Ötən il korrupsiya hüquqpozmasına yol vermiş 492 şəxs barəsində 301 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib. Korrupsiya cinayətləri ilə bağlı 39 milyon 224 min manat ziyanın ödənilməsi təmin edilib.

Bu barədə yanvarın 8-də Baş Prokurorluqda keçirilən əməliyyat müşavirəsində deyilib.

Həmçinin bildirilib ki, 101 milyon 373 min manat dəyərində əmlak üzərinə həbs qoyulub, eləcə də cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən mövcud qanunvericiliyin tələbinə uyğun olaraq dövlət büdcəsinə əlavə olaraq 2 milyon 195 min manat məbləğində pul vəsaitinin ödənilməsi təmin olunub.

 

Son xəbərlər
Digər xəbərlər