Gələcək iki il ərzində Azərbaycanda 10-dan artıq xalça fabriki inşa olunacaq. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Qarşıya vəzifə qoyulub ki, ölkəmizin bütün bölgələrində müasir xalça fabrikləri yaradılsın. Artıq 20 fabrik hazırdır. Ümumiyyətlə, 31 xalça fabrikinin yaradılması nəzərdə tutulur”, – İ.Əliyev çərşənbə axşamı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan filialının açılış mərasimində bildirib.
Onun sözlərinə görə, növbəti bir-iki il ərzində qalan 11 fabrik istifadəyə veriləcək