10 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda daha 16 dövlət əmlakı hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 10 may tarixində hərrac keçiriləcək. Hərraca 15  kiçik dövlət müəssisə və obyekti, 1 yarımçıq tikili çıxarılıb.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri paytaxtla yanaşı Gəncə, Lənkəran, Şəmkir, Balakən və digər rayonlarda yerləşir. Həmin obyektlər xidmət, sənaye sahələrinə aiddir. Tikililərin ümumi faydalı sahəsi 16 kvadratmetrlə 9298 kvadratmetr arasında dəyişir. Hərraca çıxarılan əmlaklardan ilkin satış qiyməti ən yüksək olanı Balakən şəhərində yerləşən “Qubek Otel”dir. Adı çəkilən obyekt 9 milyon 100 min manata təklif olunur.

Tam siyahı ilə burada tanış ola bilərsiniz:   (https://bit.ly/3mmNVpB ).

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.
Son xəbərlər
Digər xəbərlər