Azərbaycanda 338 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 209 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 10662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5948 nəfər müalicə olunaraq sağalıb, 126 nəfər vəfat edib, 4588 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Bu gün 4801 koronavirus testi aparılıb.