Bu il noyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda bank filiallarının sayı 556 olub.
Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 1 ədəd azdır.
İlin əvvəlinə nisbətən isə bank filiallarının sayı 13 ədəd azalıb.
Oktyabrda bank şöbələrinin sayında isə 142 olaraq qalıb. Bununla belə, 10 aylıq müqayisədə bu rəqəm 11 ədəd azdır.