16 C
Baku
Tuesday, April 30, 2024

Azərbaycanda daha bir bank olmayan kredit təşkilatı yaradılıb

Azərbaycanda yeni bank olmayan kredit təşkilatı DVX-nin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, yeni qeydiyyata alınan “Marja İnvest Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

“Marja İnvest BOKT” MMC Bakı şəhəri Nizami rayonu, Azər Manafov, ev 16, m. 55 ünvanında dövlət qeydiyyatına alınıb.

BOKT-un nizamnamə kapitalı Azərbaycan Mərkəzi Bankı tərəfindən bank olmayan kredit təşkilatlarının lisenziya ala bilməsi üçün tələb edilən minimal məbləğ – 300 000 manat təşkil edir.

BOKT-un qanuni təmsilçisi Aysel Quliyeva Qüdrət qızıdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər