5 C
Baku
Thursday, November 7, 2024

Azərbaycanda daha bir BOKT müflis elan edilib

Bakı 1 saylı İnzibati-İqtisad Məhkəməsinin bu ilin mayın 25-də qətnaməsi ilə borclu-bank olmayan kredit təşkilatı “Vijn Fond AzərKredit” MMC müflis elan edilib.

Vergilər qəzetinin xüsusi buraxılışına istinadən, “Gəncə Konsultant” ASC BOKT-un əmlak inzibatçısı təyin edilib.

Kreditorlar borcluya qarşı olan tələblərini bildirişin dərc edildiyi tarixdən ən geci 60 gün keçənədək yazılı şəkildə müraciət edə bilərlər.

Kreditorların ilkin yığıncağı bu ilin iyulun 26-da keçiriləcək.

Qeyd edək ki, “Vijn Fond Azərkredit” Azərbaycan manatının 2015-ci ildəki devalvasiyasından sonra kredit ödənişlərinin gecikməsi və buna görə kreditorlar qarşısında öhdəliklərini vaxtında yerinə yetirə bilmədiyindən iflas elan edilməsi iləbağlı bu ilin fevralın 22-də məhkəməyə müraciət etdiyini bəyan edib.

(APA)

Son xəbərlər
Digər xəbərlər