Bu ilin iyun ayında Pirallahı Sənaye Parkında növbəti dərman zavodunun təməlinin qoyulması planlaşdırılır.
Bu barədə jurnalistlərə iqtisadiyyat nazirinin müavini Sahil Babayev məlumat verib.
Onun sözlərinə görə, hazrda bu məqsədlə BƏƏ ilə müvafiq danışıqlar aparılıb. Bu ilin fevral ayında memorandum imzalanıb. Gələn ay isə ikitətərfli görüş keçiriləcək. Nazir müavini bildirib ki, görülən bu işlər ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində həyata keçirilən tədbirlərdən biridir.
Qeyd edək ki, Pirallahı Sənaye Parkında artıq 2 dərman zavodunun təməli qoyulub.