10 C
Baku
Tuesday, November 26, 2024

Azərbaycanda daha bir şirkətə lisenziya verildi

Azərbaycanda daha bir şirkətə bütün növ qiymətli kağız blanklarının hazırlanması üçün lisenziya verilib. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən «Garsu Pasaulis» QSC-yə bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı üzrə fəaliyyəti ilə məşğul olmaq üçün 5 il müddətinə xüsusi razılıq (lisenziya) verilib. Bu barədə Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin rəsmi saytında  deyilir.

Beləliklə, Azərbaycanda bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı fəaliyyəti üzrə xüsusi razılığı (lisenziyası) qüvvədə olan təşkilatların sayı 7-yə çatıb.

Son xəbərlər
Digər xəbərlər