Daha bir şirkət “PMD Group”a qoşulur.
“Çıraq-M” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətinə xitam verilərək “PMD GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinə qoşulduğunu və “PMD GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti “Çıraq-M” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan edir.
Xatırladaq ki, 2013-cü ildən etibarən fəaliyyət göstərən “PMD Group” şirkəti aktivlərin idarə olunması, daşınmaz əmlaka investisiya qoyuluşu, otelçilik və əmlakın idarə olunması sahəsində fəaliyyət göstərir.