18 C
Baku
Wednesday, October 15, 2025

Azərbaycanda daha bir yol ödənişli ola bilər

Əhmədbəyli-Füzuli-Şuşa yolu yaxın zamanlarda tam istifadəyə veriləcək.

Bunu Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Xankəndidə keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunda (NUFA3) bildirib.

Onun sözlərinə görə, burada 7 tunel, 9 köprü inşa olunub: “Bu, hələlik Azərbaycanda analoqu olmayan bir yoldur və yaxınlarda tam olaraq istifadəyə veriləcək. Verilən bəzi məlumatlara görə, bu ödənişli yol olacaq, amma əminəm ki, buna dəyər. Bu yüksək səviyyəli bir infrastrukturdur”.

O əlavə edib ki, Şuşanın i̇nkişafı sürətlə gedir: “Bu prosesin sürətli təmin olunmasında əsas rol, sözsüz ki, infrastruktur layihələrinin həyata keçirməsi olub”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər