Azərbaycan əhalisinin son 10 il ərzində avtomobil markalarına dair marağı fərqli istiqamərlərdə dəyişib.
Banker.az xəbər verir ki, bu barədə Bakı Araşdırmalar İnistitutu bununla bağlı araşdırma aparıb. Araşdırma 2008-ci il və 2017-ci illər üzrə qrafiki əhatə edir.
Məlumata görə, son 10 il ərzində minik avtomobilərinin sayı 64% artıb. Rusiya istehsalı olan avtomobillərin payı 64.4%-dən 42,3%-ə düşüb. 2008-ci ildə bazarın 51,1%-ni təşkil etdiyi halda, bu rəqəm 2017-ci ildə kəskin fərqlə azalmaqla yerini “Mercedes -BENZ”, “Toyota”, “Opel” və ” Hyundai” kimi markalar verməli olub.
2017-ci ildə “Mercedes-BENZ” artıq bazarın 17%-ni (10 öncə 12,5% idi), “Opel” 3,8%( 2008 – 1,8%), “Hyundai” 5,5% (2008 -2,8%) və “Toyota” 4,2% (2008 -2,4%) təşkil edir.
Göründüyü kimi Rusiya (eləcədə SSSRİ) istehsalı olan avtomobillər artıq xarici markalar tərəfindən bazardan sıxışdırlaraq çıxarılır.
Digər qeyd kimi, Chevrolet 9, Landrover, Porsche, KİA, Buick 7, Lexus, Honda, Mazda 5 dəfə arması bildirilir. 10 il ərzində Chrysler 99,6%, Rover 87%, Alfa Romeo 53%, SAAB 50% azalıb.
Fakt kimi qeyd edək ki, hər 2-ci maşın Rusiya, hər 4-cü maşın Almaniya, hər 10-cu maşın Yaponiya, hər 11-ci maşın Koreya istehsalıdır.
ƏTRAFLI: