25 C
Baku
Tuesday, June 24, 2025

Azərbaycanda daimi yaşamaq istəyən yüksəkixtisaslı miqrantlar üçün icazə almaq asanlaşdırıldı

Azərbaycanda daimi yaşamaq icazəsi almaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlı prosedurlarda dəyişiklik edilib.

Banker.az xəbər verir ki, Dövlət Miqrasiya Xidməti Kollegiyasının qərarına əsasən, yüksəkixtisaslı miqrantlar artıq qanunvericilik və dövlət dili üzrə biliklərinin yoxlanılmasından azad olunurlar.

Qeyd edək ki, bu dəyişiklik 2013-cü ildən qüvvədə olan və komissiyanın fəaliyyətini tənzimləyən qaydalara əlavə olunub. Beləliklə, indiyə qədər yalnız 18 yaşına çatmamış şəxslər üçün tətbiq edilən istisnalar, indi yüksəkixtisaslı miqrantlara da şamil edilir.

Bundan başqa, həmin kateqoriyaya daxil olan şəxslərin 23 yaşına çatmamış övladları və digər ailə üzvlərinin müraciətlərinə baxılma müddəti 10 gündən 5 günə endirilib.

Xatırladaq ki, 29 dekabr 2024-cü il tarixli 124-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni məzmunda 3.0.10-1-ci maddə əlavə edilib. Bu maddəyə görə, 3.0.10-1. yüksəkixtisaslı miqrant ─ yüksəkixtisaslı mütəxəssislərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi imkanlarının genişləndirilməsi məqsədilə tətbiq edilən proqram çərçivəsində müraciətləri müsbət cavablandırılmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər anlayışı qanuna daxil edilib.

 

Son xəbərlər
Digər xəbərlər