Azərbaycanda daşınar əmlakın yüklülüyü üzrə ən çox istifadə olunan kateqoriyalar bilinib

Azərbaycanda daşınar əmlakın yüklülüyü üzrə ən çox istifadə olunan kateqoriyalar məlum olub.

Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, 2023-cü ildə Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri (DƏYDR) üzrə ən çox istifadə edilən kateqoriyalar bank hesabları, zinət əşyaları, dövriyyədə olan mallar, mebel, heyvanlar, istehlak malları və avadanlıqlar olub.

Məlumata görə, DƏYDR-in əhatə dairəsi 2022-ci illə müqayisədə 91%, 2021-ci illə müqayisədə 200% genişlənib.

Qeyd edək ki, DƏYDR kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə vəsaitlərinə əlçatanlığını yaxşılaşdırmaq və onların daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarını artırmaq məqsədilə yaradılıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər