2022-ci ilin yanvar-sentyabr ayları ərzində 259 798 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18.1% çoxdur.
Əmlak Məsələləri Dövlət Xidmətindən Banker.az-a verilən məlumata əsasən, 9 aylıq göstəricinin 63 315-i (24.4%) ilkin, 196 483-ü (75.6%) isə təkrar qeydiyyatın payına düşüb.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-sentyabr ayları ərzində ilkin qeydiyyat 30,3% artıb.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 36 718-i fərdi yaşayış və bağ evi, 65 872-si mənzil, 148 840-ı torpaq sahəsi, 2 636-sı qeyri-yaşayış binası, 5 101-i qeyri-yaşayış sahəsi, 589-u əmlak kompleksi, 41-i çoxmərtəbəli yaşayış binası, 1-i isə çoxillik əkmələrdir. Dövlət Xidmətindən verilən məlumata görə, 9 ay ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 26.2%-i Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür.
Həmçinin, bildirilir ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-sentyabr ayları ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 2.8 dəfə artaraq 32 327 olub.
Göstəricilər |
2021 |
2022 |
Ötən ilin müvafiq dövrünə nisbətən |
||
+ / – |
% – lə |
||||
Dövlət qeydiyyatının sayı |
CƏMİ |
219968 |
259798 |
39830 |
18,1% |
ilkin qeyd |
48607 |
63315 |
14708 |
30,3% |
|
təkrar qeyd |
171361 |
196483 |
25122 |
14,7% |
|
Fərdi yaşayış və bağ evi | ilkin qeyd |
11844 |
11746 |
-98 |
-0,8% |
təkrar qeyd |
23416 |
24972 |
1556 |
6,6% |
|
Mənzillər | ilkin qeyd |
21844 |
16799 |
-5045 |
-23,1% |
təkrar qeyd |
44919 |
49073 |
4154 |
9,2% |
|
Torpaq sahələri | ilkin qeyd |
11632 |
32327 |
20695 |
177,9% |
təkrar qeyd |
97121 |
116513 |
19392 |
20% |
|
Qeyri yaşayış binası | ilkin qeyd |
269 |
387 |
118 |
43,9% |
təkrar qeyd |
2291 |
2249 |
-42 |
-1,8% |
|
Qeyri-yaşayış sahəsi | ilkin qeyd |
2929 |
1960 |
-969 |
-33,1% |
təkrar qeyd |
3111 |
3141 |
30 |
1% |
|
Əmlak kompleksi | ilkin qeyd |
74 |
87 |
13 |
17,6% |
təkrar qeyd |
483 |
502 |
19 |
3,9% |
|
Çoxmərtəbəli yaşayış binaları | ilkin qeyd |
15 |
9 |
-6 |
-40% |
təkrar qeyd |
20 |
32 |
12 |
60% |
|
Çoxillik əkmələr | ilkin qeyd |
0 |
0 |
0 |
|
təkrar qeyd |
0 |
1 |
1 |