8 C
Baku
Sunday, November 17, 2024

Azərbaycanda daşınmaz əmlak üzrə mülkiyyət hüququnun qeydiyyatı 57 % artıb

Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 264 467 daşınmaz əmlak üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına alıb.

Bu barədə Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 56.9 % çoxdur.

Qeydiyyatı aparılan əmlaklardan 24 945-i fərdi yaşayış və bağ evi, 45 815-i mənzil, 188 132-si torpaq sahəsi, 1 519-u qeyri-yaşayış binası, 3 645-i qeyri-yaşayış sahəsi, 351-i əmlak kompleksi, 60-ı isə çoxmərtəbəli yaşayış binasıdır. Bunların 47 817-si Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür.

Hesabat dövründə 218 114 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə 1 il əvvələ nisbətən 66.3 % çoxdur.

İl ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı isə 14.6 % artaraq 39 093 olub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər