Azərbaycanda daşınmaz əmlak sektorunda fəaliyyət göstərən şirkətlərə verilən verilən kreditlərin həcmi son illərdə kəskin azalmasıdır və son 6 ilin minimum səviyyəsinə düşüb.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2024-cü ilin dekabrı ilə müqayisədə 2025-ci ilin dekabrında kreditlərin həcmi 28.29 mln. manata düşüb. Nəticədə, illik müqayisədə daha 58.41 mln. manatlıq və ya 67.4% azalma qeydə alınıb.
Ümumilikdə 2025-ci ilin son alarındakı qeydə alınan rəqəmlər 2019-cu ildən bu tərəfə ən aşağı göstəricidir.
Halbuki, 2023-cü ilin dekabr ayında bu göstərici 268 mln. manat təşkil etdiyi halda, 2024-cü ilin dekabrında kredit portfeli 86.7 mln. manata enib. Bu isə illik müqayisədə 181.30 mln. manat və ya təxminən 67.6% azalma deməkdir.
Daha uzun dövrü əhatə edən müqayisə göstərir ki, 2022-ci ilin dekabrında 261.27 mln. manat olan kredit portfeli 2025-ci ilin dekabrına qədər 232.98 mln. manat azalaraq demək olar ki, 9 dəfə kiçilib.







