Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 68 milyon 665 min manat sığorta haqqı toplanılıb.
Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 50.3% çoxdur. 2022-ci ilin 10 ayında daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 45 milyon 688 min manat təşkil edib.
Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 5.4 dəfə artaraq 5 milyon 242 min manat olub.