13 C
Baku
Sunday, September 29, 2024

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlər azalıb

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən şirkətlər tərəfindən daşınmaz əmlakın icbari sığortası üzrə 38 milyon 679 min manat həcmində sığorta haqqı yığılıb.

Azərbaycan Mərkəzi Bankından Banker.az-a verilən məlumata görə, bu müddətdə eyniadlı sığorta növü üzrə şirkətlər tərəfindən 3 milyon 702 min manat ödəniş həyata keçirilib.

Məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta yığımları 20% artıb, ödənişlər isə 23% azalıb.

Bu müddətdə daşınmaz əmlakın mülki məsuliyyətinin icbari sığortası üzrə 340 min manat sığorta haqqı yığılıb, 23 min manat ödəniş edilib. Bu da öz növbəsində əvvəlki ilin eyni dövrü ilə müqayisədə yığımların 4.2% azalması deməkdir. Ötən ilin müvafiq dövründə bu sığorta növü üzrə ödənişlər isə 3.2% artıb.

Xatırladaq ki, hesabat dövründə bütün icbari sığorta növləri üzrə yığımlar 206 milyon 543 min manat, ödənişlər isə 63 384 min manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər