Bu il Azərbaycanda daşınmaz əmlakın icbari sığortası ilə bağlı penetrasiya faizin artacağı gözlənilir.
Bu barədə jurnalistlərə açıqlamasında İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov deyib.
“Çünki daşınmaz əmlakın icbari sığorta müqavilələrinin elektronlaşmasından sonra elektron nəzarət güclənəcək və bu da penetrasiyanı artıracaq. Hazırda bu növ üzrə penetrasiya 15 %-dir və bunun 30 %-ə qədər artacağı gözlənilir. Düşünürəm ki, keçən il bu sığorta növü üzrə haqlar 50 milyon manat olubsa, bu il 100 milyon manat təşkil edəcək”.