24 C
Baku
Sunday, May 26, 2024

Azərbaycanda daşınmaz əmlakın ilkin qeydiyyatı avtomatlaşdırılacaq – Tapşırıq verildi

Prezidentin bu il imzaladığı fərmanlarla daşınmaz əmlakın ilkin qeydiyyatı ilə bağlı və elektronlaşma ilə bağlı tapşırıq verilib.

Bunu Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev “Rəqəmsal İdarəetmə Platforması və yeni innovativ sistemlər” mövzusunda təqdimatda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, ilkin qeydiyyatın avtomatlaşdırılması nəzərdə tutulur ki, bu, artıq daşınmaz əmlakın qeydiyyatında yeni bir mərhələ olacaq.

“Birmənalı şəkildə hazırlıq işləri görülür. Məndə olan məlumata görə müvafiq qanunvericilik təşəbbüsü paketi razılaşdırılıb və son mərhələ yaxınlaşır ki, aidiyyatı üzrə Prezident Administrasiyasına təqdim ediləcək “, – deyə Vüsal Şıxəliyev vurğulayıb.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər