Bu il Azərbaycan hökumətinin qərarı ilə daxildə emal xüsusi gömrük prosedurundan istifadə imkanları genişləndirilib.
Bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə Bakıda keçirilən “Gömrük-Biznes Forumu 2023″də çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu prosedur altında ölkəmizdə emal olunaraq ixrac edilən məhsulların istehsalında istifadə olunan xammalın ölkəmizə gətirilməsi gömrük rüsumları və vergilərdən, o cümlədən ƏDV-dən azad olunub.
E. Əliyev qeyd edib ki, bu ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 1.5 dəfə çox – 500 milyonABŞ dollarından çox dəyərdə məhsul daxildə emal gömrük proseduru altında yerləşdirilib: “Beləliklə, bu göstərici sözügedən mexanizmin emal və xidmət sektorunun inkişafı, xüsusilə də ixrac fəaliyyətinin genişləndirilməsi üçün mühüm əhəmiyyətə malik olduğunu bir daha təsdiqləyir”.