11 C
Baku
Monday, April 28, 2025

Azərbaycanda daxili borcun həcmi 18 mlrd. manat təşkil edib

01 aprel 2025-ci il tarixinə Azərbaycan Respublikasının daxili dövlət borcu 18 milyard 001,3 milyon manat və ya 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 13,8 faizini təşkil etmişdir.

Banker.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayır.

Daxili dövlət borcu 2025-ci ilin 01 yanvar tarixi ilə müqayisədə 658,4 milyon manat azalmışdır. Hesabat tarixinə daxili dövlət borcunun 8 milyard 847,6 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 9 milyard 153,7 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərinin payına düşür.123123231

Hesabat tarixinə dövriyyədə olan 8 milyard 847,6 milyon manat məbləğində dövlət qiymətli kağızlarının 16,0 faizi 1 illik, 73,8 faizi 2 və 3 illik, 10,2 faizi isə 5 il və daha artıq müddətli dövlət qiymətli kağızlarının payına düşür.

222222222

01 aprel 2025-ci il tarixinə dövriyyədə olan dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) 1,33 təşkil etmişdir. Daxili maliyyə bazarında mövcud tələbatın əsasən qısamüddətli (3 ilədək) dövlət istiqrazlarında cəmlənməsi, daha uzun müddətə (5-7 illik) malik dövlət istiqrazlarına isə marağın olmaması dövlət istiqrazları üzrə OÖM-nin son illər ərzində aşağı düşməsinə səbəb olmuşdur.

3333

2025-ci ilin ilk 3 ayı ərzində əvvəlki illərdə buraxılmış dövlət istiqrazları üzrə vaxtı çatmış 642,1 milyon manat məbləğində əsas borc ödənişləri, 110,4 milyon manat məbləğində isə faiz və diskont ödənişləri dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilmişdir.

Son xəbərlər
Digər xəbərlər