Azərbaycanda fəaliyyət göstərən 11 tikinti şirkəti Dayanıqlı Yaşıl Tikinti Bəyannaməsi imzalayıb.
Bəyannamənin məqsədi tikinti şirkətlərinin emissiyaların azaldılması məsuliyyətini dərk etdiyini göstərməsidir.
Bəyannamə bu istiqamətdə atılan ilk addımdır. Daha sonra isə məsuliyyəti dərk etmək mərhələsindən əməli fəaliyyətə keçid olacaq.