14 C
Baku
Saturday, November 16, 2024

Azərbaycanda deflyasiya azalıb

2015-ci ilin avqust ayında əvvəlki ayla müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,1 faiz ucuzlaşıb.

Banker.az Dövlət Statistika Komitəsinin saytına istinadən məlumat verir ki, bu ilin iyul ayında deflyasiya 0,7%, iyun ayında isə 1,1 % təşkil edib.

Ərzaq məhsullarının qiymətləri 0,3 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə 0,1 faiz bahalaşıb.

Ay ərzində qarabaşaq yarmasının, sümüklü mal və qoyun ətinin, kərə yağının, şəkərin, bananın, almanın, armudun, üzümün, qarpızın, yemişin, xiyarın, şirin bibərin, badımcanın, kartofun qiymətlərində ucuzlaşma, uzun düyünün, buğda ununun, makaron məmulatlarının, toyuq ətinin, balıq məhsullarının, yumurtanın, bitki yağlarının, limonun, kələmin, göyərtinin, pomidorun, göy lobyanın, çuğundurun, kökün, sarımsağın, baş soğanın, qara və yaşıl çayın, spirtli içkilərin qiymətlərində isə bahalaşma müşahidə olunub.

Müşahidəsi aparılan qeyri-ərzaq mallarından avqust ayı ərzində parçaların, inşaat materiallarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, məişət cihazlarının qiymətlərində bahalaşma, geyimin, dərmanların, minik avtomobillərinin, telefon aparatlarının qiymətlərində isə ucuzlaşma müşahidə olunub.

Avqust ayında əhaliyə göstərilən pullu xidmətlərdən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma tarifləri ucuzlaşıb, ali təhsil müəssisələrində təhsil haqları isə bahalaşıb.

Son xəbərlər
Digər xəbərlər