Azərbaycanda meyvə və tərəvəzlərin qiymətində bahalaşma müşahidə olunub.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2023-cü ilin dekabr ayı 2023-cü ilin noyabr ayına nisbətən meyvələrin qiyməti 3.4%, tərəvəzlərin qiyməti isə 5.7% bahalaşıb.
2023-cü ilin dekabr ayı 2022-ci ilin dekabr ayına nisbətən isə meyvələrin qiyməti 7.8% bahalaşıb, tərəvəzlərin qiyməti 5.9% ucuzlaşıb.