Masallı Sənaye Məhəlləsində “BAF” MMC-nin dekorativ divar örtüyü istehsalı müəssisəsi yaradılıb.
Banker.az xəbər verir ki, müəssisənin yaradılmasına 350 min manat investisiya qoyulub və 7 nəfər işlə təmin edilib. Müəssisənin illik istehsal gücü 30 tondur.
Qeyd edək ki, Masallı Sənaye Məhəlləsi Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2016-cı il tarixli Sərəncamı ilə yaradılıb. Sənaye məhəlləsində 9 rezident qeydiyyatdan keçib və bunlardan 7-si fəaliyyətə başlayıb.