-3 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda deputata məxsus şirkət ləğv edildi

Azərbaycan bazarını daha bir şirkət tərk etdi.

Banker.az xəbər verir ki, “Azqazservis” MMC ləğv olunduğunu elan edir.

Kreditorlar iki ay ərzində tələblərini AZ1033 Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti küçəsi, ev 95 ünvanına bildirə bilərlər.

Onu da qeyd edək ki, “Azqazservis” MMC 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi İqbal Məmmədov Nəriman oğludur.

İqbal Məmmədov 2020-ci ildə Azərbaycan Respublikası Milli Məclis (VIçağırış) seçkilərində Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürərək, 78 saylı Lerik seçki dairəsindən yenidən millət vəkili seçilmişdir.

Həmçinin bu Şirkət vaxtilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi ilə əməkdaşlıq edib, qaz abunəçilərinin sayğac göstəricilərinin çıxarılması, bildirişlərin paylanması, qazdan qeyri-qanuni istifadə hallarının aradan qaldırılması ilə məşğul olub.

Son xəbərlər
Digər xəbərlər