Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilməsi məsələsi müzakirəyə çıxarılıb.
MSK sədrinin müavini Rövzət Qasımov deyib ki, Ramil Həsən MSK-ya müraciət edib.
Ramil Həsən müraciətində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi seçildiyi üçün deputat səlahiyyətlərinə xitam verilməsini istəyib və sənədlər araşdırılaraq Ramil Həsənin deputat səlahiyyətinə xitam verilməsi üçün əsaslar olduğu təsbit edilib.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.