13 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda DGK-nın elektron xidmətlərindən istifadə asanlaşıb

Azərbaycan Dövlət Gömrük Komitəsi “ÖZÜNET” adlı yeni layihənin tətbiqinə başlayıb.

Elektron həllərə əsaslanan layihə Dövlət Gömrük Komitəsinin təqdim etdiyi bütün elektron xidmətlərin cəmləşdiyi və bir nöqtədən idarə olunan platformadır.

Belə ki, “ÖZÜNET” platformasına daxil olan hər bir şəxs DGK-nın bütün elektron xidmətlərindən vahid məkandan istifadə edə biləcək.

Layihə gömrük əməliyyatlarının asanlaşdırılmasına, vaxt və vəsait itkisinin minimuma endirilməsinə, əlçatanlığın artırılmasına şərait yaradacaq.

Son xəbərlər
Digər xəbərlər