13 C
Baku
Friday, April 26, 2024

Azərbaycanda dini qurumlar ianəni bank kartı ilə qəbul edə biləcəklər

Azərbaycanda dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kartelektron ödəmə sistemləri vasitəsilə qəbul edə biləcəklər.

Bu, “Dini etiqad azadlığı haqqında” qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Məlumatı Report yayır.

Dəyişikliklə dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri yaxud internet vasitəsilə qəbul edə biləcəklər.

Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanunun 18-ci maddəsinin uyğun bəndi hazırda belədir: “Dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri qəbul edə bilərlər”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər