Azərbaycanda diri quşların nəqli və açıq satışının məhdudlaşdırılması nəzərdə tutulur. Banker.az bildirir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin saytında məlumat verilir.
Məlumatda deyilir ki, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin Azərbaycan Quşçular Cəmiyyətinin üzvləri ilə görüşüzamanı sahibkarlıq subyektlərində diri quşların nəqli və açıq satışının məhdudlaşdırılmasına yönələn tədbirlərin gücləndirilməsinə dair qərar qəbul olunub.
Bəyanatda bildirilir ki,QTA mövcud normativlərə əsasən nəmlik dərəcəsi və digər keyfiyyət göstəriciləri standartlara uyğun olmayan quş ətinin və yumurtanın idxalı və satışının məhdudlaşdırılması,tullantıların idarə edilməsi və zərərsizləşdirilməsi (utilizasiya) qaydalarına əməl etməyən quşçuluq təsərrüfatlarının fəaliyyətlərinin məhdudlaşdırılması nəzərdə tutulur.