10 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda dizel bahalaşa bilər?

Hazırda dünyanın bir çox ölkələrində dizel yanacağı qıtlığı yaşanır. Dizel yanacağı ehtiyatları tarixinin ən aşağı səviyyəsinə enib. Ehtiyatların hazırkı səviyyəsi qarşıdakı qış aylarında iqtisadiyyatın tələbatını ödəməyə kifayət etməyə bilər və enerji məhsulunun qiymətini kəskin arta bilər.

Bəs ölkəmizdə dizelin qiyməti arta bilərmi?

Məsələ ilə bağlı enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib ki, Amerika və Avropada dizel yanacağının qiymətində artım var.

“Lakin bunun ölkəmizə heç bir aidiyyəti yoxdur. Hazırkı vəziyyətdə Azərbaycanda dizelin qiymətinin bahalaşması gözlənilmir”.

Ekspert qeyd edib ki, Azərbaycan dizel yanacağını idxal etmir.

“Bu yanacağın qiyməti dövlət tərəfindən tənzimlənir”, – deyə o qeyd edib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər