Elm və Təhsil Nazirliyi Milli Məclisdə müzakirə edilən doktorantura təhsilinin ikipilləli sistemdən birpilləli sistemə keçirilməsi məsələsinə münasibət bildirib.
Nazirlikdən qeyd edilib ki, hazırda bu məsələ ilə bağlı müzakirələr aparılır.
“Bildiririk ki, beynəlxalq təcrübəyə əsasən, doktorantura səviyyəsi əksər ölkələrdə birpilləli sistem kimi təşkil olunub. Hazırda bu məsələ ilə bağlı müzakirələr aparılır”, – deyə açıqlamada qeyd olunub.