Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) mart ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.
ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentindən banker.az-a verilən məlumata görə, ötən ay ərzində 647 mln. ABŞ dolları məbləğində vəsait satılıb. Qeyd edilən müddət ərzində USD/AZN rəsmi məzənnəsi 1,7000-1,7001 aralığında dəyişib.
Xatırladaq ki, bu ilin I rübündə Fond tərəfindən valyuta hərraclarında 1 mlrd. 310,2 mln. dollar məbləğində vəsait satılıb.