2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda dollara təlabat nə qədər olub? – Rəsmi açıqlama

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) mart ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.

ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentindən banker.az-a verilən məlumata görə, ötən ay ərzində 647 mln. ABŞ dolları məbləğində vəsait satılıb. Qeyd edilən müddət ərzində USD/AZN rəsmi məzənnəsi 1,7000-1,7001 aralığında dəyişib.

Xatırladaq ki, bu ilin I rübündə Fond tərəfindən valyuta hərraclarında 1 mlrd. 310,2 mln. dollar məbləğində vəsait satılıb.

Son xəbərlər
Digər xəbərlər