Azərbaycanın bir neçə kommersiya bankı dolların satış qiymətini günorta saatlarından sonra yenidən ucuzlaşdırıb. Satış qiymətini demək olar ki, bu gün ərzində bahalaşdıran bank olmayıb.
Banker.az-ın 15:14 radələrinə olan araşdırmasına görə, banklar dollaın nağd şəkilində olan satış qiymətini azaldıblar. Ucuzlaşdıran bankların siyahısına əsasən “PAŞA Bank”, “Expressbank” , “Unibank” və “Ziraatbank”ı aid etmək olar. Siyahıdan göründüyü kimi dolları ən çox ucuzlaşdıran bank “Expressbank” ASC-dir. Səhər 10:42 radələrində dolları 1,8300 manata satan bank günortadan sonra, saat 15:00 radələrində 3 qəp. ucuzlaşdıraraq, 1,8000 manat edib. Adıçəkilən bank, dolların alış qiymətini isə 3% bahalaşdıraraq, 1,7500 edib.