Ötən ilin yanvar-noyabr aylarında valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən kəskin azalıb.
Mərkəzi Bankın statistikasına istinadən xəbərə görə, 2015-ci ilin eyni dövrü ilə müqayisədə hesabat dövründə xarici valyuta əməliyyatlarının həcmi 2,52 dəfə azalıb.
Son 1 ildə ABŞ dolları ilə əməliyyatların həcmi 2,67 dəfə azalıb. Başqa sözlə, ötən ilin dekabr ayının 1-nə ABŞ dolları ilə mübadilə əməliyyatlarının həcmi 5 mlrd. 309 mln. 534,8 min ABŞ dolları olubsa, 2015-ci ilin eyni dövründə bu göstərici 14 mlrd. 198 mln. 963,1 min manat təşkil edib.
Ötən ilin yanvar-noyabr aylarında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 2 mlrd. 867 mln. 308 min ABŞ dolları satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 3,81 dəfə azdır. Ötən ilin 11 ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 2 mlrd. 442 mln. 226,8 min ABŞ dolları alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,63% azdır.
2015-ci ilin 11 ayı ilə müqayisədə ötən ilin eyni dövründə avro ilə əməliyyatların həcmi isə 1,52 dəfə azalıb. Başqa sözlə, ötən ilin yanvar-noyabr aylarında avro ilə mübadilə əməliyyatlarının həcmi 817 mln. 537,7 min avro olubsa, 2015-ci ilin eyni dövründə bu göstərici 1 mlrd. 245 mln. 476,3 min avro təşkil edib.
Ötən ilin 11 ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 537 mln. 528,2 mln. avro satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 1,88 dəfə azdır. Ötən ilin yanvar-noyabr aylarında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 280 mln. 009,5 min avro alınıb. Bu, 2015-ci ilin eyni dövrü ilə müqayisədə 19,4% çoxdur.