“Silk Way Holding”in törəmə aviaşirkəti “Silk Vey Vest Aviaşirkəti” MMC 2020-ci il üzrə açıqladığı hesabatda 716 milyon manatdan çox xalis mənfəət əldə edib.
Banker.az xəbər verir ki, aviaşirkətin 2 253 mln manat gəlir əldə edib. Bu da 2019-cu illə müqayisədə 1 303 mln manat, yaxud 2.2 dəfə artım deməkdir. Aviaşirkətin cəmi aktivlərinin həcmi 1 735 mln manat, öhdəliklərin həcmi 1 398 mln manat və cəmi kapitalı isə 338 mln manat olub. Kapital öncə sıfırın altında 190 mln manat idi.
Aviaşirkətin hesabat açıqlaması kapital bazarından 25 milyon dollarlıq (42.5 milyon manat) faizli borc cəlb edilməsi dövrünü əhatə edir. Belə ki, 12 oktyabr 2021-ci il tarixdə BFB-də 25 000 ədəd hər biri 1000 dollar olan istiqraz emissiya edəcək. Bu istiqrazların illik ödəniş faizi 5%-dir.
“Silk Vey Vest Aviaşirkəti” 2018-ci ildə 38 min və 2019-cu ildə isə 114 min manat xalis mənfəət əldə etdiyini deyir. Son ildə isə xalis mənfəətə çıxmasını dəstəkləyən əsas amil isə yuxarıda qeyd edildiyi kimi gəlirlərin iki qat yüksəlməsdir.
Şirkət Azərbaycanla xarici ölkələr arasında hava karqo xidmətlərini həyata keçirir. Hazırda lokal bazarda 85.1% payı var və 2025-ci ildə bu rəqəmin 95%-əçatdırmağı planlayır.
“Aviaşirkət sonrakı 4 ildə hava karqo həcminin 4.2% artacağını proqnozlaşdırır” – deyə açıqlamada bildirilir.
Hazırda bu karqo hava gəmilərinə sahibdir:
Hava gəmisi adı | İstehsal ili | Xidmətin növü |
Boeing 747-8F | ||
VQ-BBM (MSN 62709) | 2017 | SV Maliyyə icarəsi / “ACMI”* |
VQ-BBH (MSN 62708) | 2016 | Maliyyə icarəsi |
VQ-BWY (MSN 60120) | 2015 | Əməliyyat icarəsi |
VQ-BVB (MSN 44444) | 2014 | Maliyyə icarəsi |
VQ-BVC (MSN 44937) | 2014 | Maliyyə icarəsi |
Boeing 747-400F | ||
4K-SW008 (MSN 29732) | 1999 | tam mülkiyyət |
4K-SW888 (MSN 29730) | 1999 | tam mülkiyyət |
4K-SW800 (MSN 29729) | 1998 | tam mülkiyyət |
VP-BCH (MSN 30804) | 2000 | tam mülkiyyət |
VP-BCI (MSN 32571) | 2001 | tam mülkiyyət |
VP-BCR (MSN 28434) | 2006 | Əməliyyat icarəsi |
VP-BCV (MSN 29902) | 2006 | Əməliyyat icarəsi |