2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda dollarla cəlb olunan depozitlərin orta faiz dərəcəsində azalma var

Azərbaycanda 2022-ci ilin aprel ayının sonuna milli valyuta ilə yeni cəlb olunmuş depozit və əmanətlər üzrə orta faiz dərəcəsi ötən ay ilə müqayisədə 0.04 faiz bəndində artaraq 8.68% təşkil edib.
Xarici valyuta ilə cəlb olunmuş depozit və əmanətlər üzrə orta faiz dərəcəsi isə ötən ay ilə müqayisədə 0.51 faiz bəndində azalaraq 0.8% təşkil edib.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, hesabat dövründə ötən ay ilə müqayisədə milli valyuta ilə verilən kreditlər üzrə orta faiz dərəcəsi 0.77 faiz bəndində azalaraq, 16.34% təşkil edib.
Xarici valyuta ilə verilən kreditlər üzrə orta faiz dərəcəsi isə son ayda 0.14 faiz bəndində artaraq 4.85% təşkil edib.

Son xəbərlər
Digər xəbərlər