22 C
Baku
Monday, October 7, 2024

Azərbaycanda hər dörd nəfərdən birinin kredit borcu var

1 avqust tarixində ölkədə kredit götürən şəxslərin sayı 2 472 302 nəfər olub.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, son ay ərzində kredit götürən şəxslərin sayı 15 785 manat artıb.

Bununla yanaşı zamin şəxslərin sayında da artım olub. Belə ki, zamin şəxslərin sayı isə son bir ay ərzində 15 min 823 nəfər artaraq, 1 milyon 157 min 351 nəfərə çatıb.

Onu da qeyd edək ki, kredit götürən şəxslərin 2 milyon 438 min 268 nəfəri fiziki şəxslər, 11 min 83-ü hüquqi şəxslər, 22 min 951 nəfəri isə sahibkarlıqla məşğul olan şəxslərdir.

Ümumiyyətlə kredit borcu olan şəxslərin sayı, ölkə əhalisinin 27%-ni təşkil edir. Bu isə o deməkdir ki, ölkədə dörd nəfərdən birinin kredit borcu var

Son xəbərlər
Digər xəbərlər